Gənc Xanım Modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı keçirilir
Gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Nazrliyin uzunmüddətli əsasnaməsi və 2011-cu il üçün təsdiq olunmuş iş planına müvafiq olaraq həyata keçirilir. SİA-nın xəbərinə görə, festival qadın geyimləri modası nümayişini əhatə edir. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytın və moda agenliyinin iştirakı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilir. Festivalın məqsədi – modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Festivalda yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlər iştirak edə bilər. Hər bir modelyer-dizaynerin kolleksiyasının nümayişi üçün lazım olacaq sayda xanım modellər təşkilatçılar tərəfindən dəvət ediləcəkdir.
Hər bir müəllif 10 geyimdən artıq olmamaq şərtilə bir kolleksiya təqdim edə bilər. Həmin geyimlərdən biri milli üslubda olmalı və ya milli geyim elementlərini əks etdirməlidir.
Festivala təqdim edilən hər bir kolleksiyanın adı, vahid konsepsiyası və mövzusu olmalıdır.
Festivalda modellərin nümayişi üçün hər bir iştirakçı öz fonoqrammasını təqdim etməlidir. Fonoqramma mini-diskdə və ya CD diskdə yazılmalıdır. (keyfiyyət – yüksək səviyyəli olmalıdır) Festival iştirakçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.
İştirakçıların adları www.fashion.az saytında və KİV-də çap ediləcək. Bütün iştirakçılar festival çərçivəsində təşkil ediləcək fotosessiyada iştirak etmək imkanı əldə edəcəklər.
Festivalın yekunu olaraq ən yaxşı fotoların daxil edildiyi kataloq nəşr ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB