Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Musiqili Komediya Teatrının aktyorlarının ifasında dünya şöhrətli dramaturq Nikolay Qoqolun "Evlənmə" komediyasının premyerası keçirilib. SİA-nın məlumatına görə, tamaşa Azərbaycanda ilk dəfə səhnələşdirilib.
Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi N.V.Qoqolun "Evlənmə" əsərində Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya həvalə olunub.
"Evlənmə" aktrisaların Musiqili Komediya Teatrında debut tamaşasıdır. "Evlənmə" komediyasında Podkalyosin roluna isə Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılov dəvət olunub.
Sevimli gülüş ustaları - xalq artisti Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də "Evlənmə"də sənət dostları ilə eyni səhnəni bölüşüblər.
Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev və Yelena Ağayevadır.
Tamaşaya gələnlər sırasında Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov da var idi. Onun da fikirlərini öyrəndik. Belə ki, Z. Əsgərovun teatra marağı hələ orta məktəbdə oxuyandan başlayşb: "Mənim uşaqlıqdan bu sahəyə böyük marağım var. Tələbəlik illərindən teatrlara gedirəm. İnsanın daxilində mənəvi boşluq var ki, mən o boşluğu teatra gəlib tamaşaya baxmaqla doldura bilirəm".
Məlumat üçün bildirək ki, janrına görə qeyri-adi məzəli hadisə kimi səciyyələndirilən tamaşa iki hissədən ibarətdir.
Qeyd edək ki, bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə