Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi fevralın 24-də Dövlət Sərhəd Xidmətində bu mövzuda müasir rəssamların əsərlərindən ibarət "Xocalı qisasa çağırır bizi" adlı sərgi təşkil edir. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Fevralın 25-də isə həmin sərgi Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsində tarixçi alimlərin mühazirəsi və musiqili-ədəbi kompozisiya ilə müşayiət olunacaq.
Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli (çoxsaylı kitabların, son 2 ildə isə "Gəlmələr", "Erməni elitasının etirafları", "İstinnaya istoriya armyan" kitablarının müəllifi), Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi, Xocalı faciəsi haqqında "Xocalı: şəhidlər və şahidlər", "Xocalı soyqırımı", "Qarabağ Cümhuriyyət dövründə" kitablarının müəllifi, həmçinin Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü, Xocalı sakini Həvva Məmmədova tarixi faktlara istinad edərək həmin hadisələrin mahiyyətini açıqlayacaq.
"Sonsuz erməni vandalizminin iç üzü" kitabının müəllifi, Qarabağ uğrunda döyüşlərin iştirakçısı, ehtiyatda olan zabit Məhərrəm Zamanlı və xocalılar həmin müdhiş gecənin əsl soyqırım olmasından, şahidi olduqları hadisələrdən bəhs edəcəklər.
Tədbirdə həmçinin, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Xocalı faciəsinə həsr edilən "Şəhid şəhər" poemasının müəllifi, şair Ələmdar Quluzadə, Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə, "Xocalı soyqırımını tanıtma" ictimai birliyinin sədri Şamil Ələkbərli, Azərbaycan qadın cəmiyyətinin Səbail rayon bölməsinin sədri, kimya elmləri namizədi Almarə Hümbətova və başqaları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB