“Şən qoğalın Novruz səyahəti” Heydər Əliyev Sarayında baş tutacaq
Adəti üzrə bu il də Heydər Əliyev Sarayının səhnəsində ən maraqlı Novruz şənliyi olacaq. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin SİA-ya verdiyi məlumata görə, bu dəfəki musiqili tamaşa martın 22-də "Şən qoğalın Novruz səyahəti" adı altında reallaşacaq. Baş tutacaq konsert proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri iştirak edəcək. Bunlar arasında "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhvələrini verəcəklər.
Bir gün keçirilməsi nəzərdə tutulan şənlik üçün azyaşlı tamaşaçılar üçün ən yeni və maraqlı proqram hazırlanıb. Biletlər hədiyyəlidir. Hər bir tamaşaçıya "Nestle" məhsullarından hədiyyələr təqdim ediləcək. Hədiyyələr biletlərin qiymətinə daxildir. Bundan əlavə uşaqlar üçün möhtəşəm lazer şou və bir çox başqa surprizlər gözlənilir.
Məlumat üçün bildirək ki, biletlər artıq satışdadır. Biletlərin qiyməti 5-15 manat arasındadır.
Qeyd edək ki, musiqili tamaşa Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB