“Madaqasqar” və “Buz dövrü” Heydər Əliyev Sarayının səhnəsində - FOTO

“Madaqasqar” və “Buz dövrü” Heydər Əliyev Sarayının səhnəsində - FOTO
Heydər Əliyev Sarayında ilk dəfə olaraq yalnız bir gün Moskva İri Kuklalar Teatrı ("Московский Театр Ростовых Кукол") çıxış edəcək. Bu barədə SİA-ya Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. Məlumata görə, bu yaxınlarda bir günlük proqramda "Madaqasqar" və "Buz dövrü"nün motivləri əsasında iki tamaşa səhnələşdiriləcək.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkiatçılığı ilə keçiriləcək bu layihənin dəqiq tarixi yaxın günlərdə açıqlanacaq. Moskva İri Kuklalar Teatrının Bakı səhnəsində çıxışının biletləri də yaxın zamanlarda satışa çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə