Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu işıq üzü görüb. Bu barədə SİA-ya açıqlamasında xalq artisti özü bildirib. Onun sözlərinə görə, bu albom MM kompaniyası tərəfindən ərsəyə gətirilib: "Diskim Gilan Holdinqdə istehsal olunub. Dizayn işləri isə İndiqo şirkətinə məxsusdur. "Yana-yana kül oldum" adlı alboma 10 sevilən mahnı daxil edilib. Onların içərisində "Hadı gözəl yar", "Bir cüt sona", "Axtararsınız", "Mehriban olaq", "Bir bülbüləm", eləcə də "Qarabağ şikəstəsi" yer alıb. Bütün mahnılar əməkdar artistlər Elnur Əhmədov və Elçin Həşimovun müşayiəti ilə ifa olunub".
Xanəndə həmçinin vurğulayıb ki, bu, onun Bakıda çıxacaq sayca dördüncü albomudur. Bundan öncə isə Mənsum İbrahimovun xarici ölkələrdə beş albomu işıq üzü görüb.
Xanəndə həmçinin vurğulayıb ki, bu, onun Bakıda çıxacaq sayca dördüncü albomudur. Bundan öncə isə Mənsum İbrahimovun xarici ölkələrdə beş albomu işıq üzü görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB