Alim Qasımov və qızı Fərqanə yenə Fransa səhnəsində çıxış edəcəklər
Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov apreldə növbəti qastrol səfərinə gedəcək. Xanəndənin bu dəfəki səfəri yenə Fransaya olacaq. Fransa universitetlərindən birinin keçirdiyi festival çərçivəsində Alim Qasımov və qızı Fərqanə Qasımova iki konsert proqramı ilə çıxış edəcəklər.
Fərqanə Qasımovanın SİA-ya verdiyi məlumata görə, bu konsertlərdən sonra özü tək səfərə gedəcək: "Fransada festival çərçivəsində atamla birgə iki konsert verəcəyik. Bir az keçəndən sonra isə yenə də Fransada mənim solo konsertim olacaq. Ümid edirəm ki, bu dəfəki konsertlərimiz də maraqla qarşılanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB