Bu gün Kamera və orqan musiqisi zalında Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları iştirak ediblər.
İlk olaraq çıxış edən Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, müsabiqəyə qatılan 40 iştirakçıdan 18-i ilkin mərhələyə keçib: "Bu gün keçirilən ilk mərhələdə onlar ifalarına görə seçiləcəklər. Ən güclü iştirakçılar növbəti mərhələdə mübarizə aparacaqlar. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq və festivalın bağlanış mərasimi olacaq".
Siyavuş Kərimi müsabiqəni keçirməkdə əsas məqsədin gələcək ustad sənətkarların aşkara çıxarılması olduğunu da diqqətə çatdırıb.
Daha sonra çıxış edən S. Məmmədəliyeva və Elmar Qasımov II Beynəlxalq Muğam Festivalı barədə məlumat veriblər. Onlar bildiriblər ki, II Respublika muğam müsabiqəsinin üç qalibi Azərbaycanı müvafiq festivalda təmsil edəcək.
Çıxışlardan sonra püşkatma keçirilib. Müvafiq olaraq 18 iştirakçı öz ifasını təqdim edib.
Məlumat üçün bildirək ki, iştirakçıları peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər sırasında xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə var.
Qeyd edək ki, II Respublika Muğam Müsabiqəsi Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Konservatoriya və Muğam Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB