Martın 5-də, saat 18.00-da Teatr Xadimləri İttifaqının Tamaşa zalında "Aktrisa" bədii filminin təqdimatı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Mediya" prodüser mərkəzində istehsal olunan bədii filmin quruluşçu rejissoru Rövşən İsaxdır. Filmin ilk baxışı olacaq.
Kriminal-dram janrında çəkilən filmdə bir-birinin ardınca törədilən 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır.
Məlumat üçün bildirək ki, filmin ssenari müəllifləri İlqar Fəhmi və Rövşən İsax, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu, Nazim Əhmədov, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Vüqar Əmirov, montajçı İlham Məhərrəmov, icraçı prodüserlər isə Abdulnəsir Kutiyev və Rizvan Məmmədovdur.
Rollarda isə Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə