Rumıniyanın nüfuzlu "News24hours.ro" xəbər portalı Qobustan Milli Tarix-Bədii Qoruğu barədə məqalə yayıb.
Məqalədə bildirilir ki, Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.
SİA xəbər verir ki, məqalədə Qobustan qaya rəsmlərinin dünyada bu tipli abidələrdən ən zəngini olduğu bildirilib. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Məqalədə qoruğun yaradılması və tarixi barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB