Arif Məhərrəmov: “Azərbaycanda ilk dəfə olaraq tam metrajlı animasiya filmi çəkiləcək”
Azərbaycanda ilk dəfə olaraq tam metrajlı (yəni multifikasiyada 6 dəqiqədən yuxarı sayılan) animasiya filmi çəkiləcək. Bu barədə SİA-ya cizgi filminin rejissoru və bədii rəhbəri Arif Məhərrəmov açıqlamasında bildirib.
3D formatında olan cizgi filminin "Cırtdan və təpəgöz" haqqında çəkiləcəyini vurğulayan A. Məhərrəmov: "Proyektin bədii rəhbəri kimi deyə bilərəm ki, ekranlaşdırdığımız bu film maraqlı alınacaq. Hesab edirəm ki, bu animasiyanın çəkilməsi Azərbaycanın cizgi film sahəsində yeni bir hal olacaq".
Rejissor A. Məhərrəmov onu da qeyd edib ki, film bu ilin iyun ayına kimi, bəlkə də daha tez hazır olacaq.
Bununla yanaşı, yeni çəkdiyi "İt sərgisi" cizgi filminin nümayişi Film Fondunda keçirilən "Uşaq kino bayramı"nda nümayiş olunub. Bu animasiya filmi haqqında danışan rejissor bildirib ki, çəkdiyim bu cizgi filmi Azərbaycan filmlərinə xas olan hal deyil: "Bu animasiyada itlərin yarışından bəhs edilir. İtlərə qarşı uşaqlarda bir məhəbbət hissi oyatmaq üçün filmi çəkmişik. Çünki heyvanlar da bizim dostumuzdur və onlar da canlı bir varlıqdırlar. Hesab edirəm ki, bu film uşaqların çox xoşuna gələcək".
Rejissor həmçinin vurğulayıb ki, Azərbaycanda cizgi filmləri demək olar ki, az çəkilir: "Hesab edirəm ki, animasiya filmləri nə qədər çox çəkilsə, yaxşı olar. Daha keyfiyyətli işlərə nail olmaq üçün onların sayını daha da artırmaq lazımdır. Hər zaman kəmiyyət keyfiyyəti üstələyir. Qeyd edim ki, az film çəkəndə onun içindən seçim etmək bir o qədər çətin olur. İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi və sponsorların dəstəyi ilə yeni- yeni cizgi filmləri çəkiləcək".
Hazırda uşaqlardan Azərbaycanın hansı cizgi filmləri tanıyırsınız deyəndə xarici animasiya filmi olan "Tom&Cerry"nin adını çəkmələrini təəssüflə bildirən A. Məhərrəmov: "Ümid edirəm ki, "Mədəniyyət" kanalının açılması bütün bu problemlərin aradan qalxmasına səbəb olacaq. İnanıram ki, uşaqlarımız bizim yerli rejissorların çəkdiyi milli ruhda olan cizgi filmlərimizə baxıb özümüzün adət- ənənələrini mənimsəyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB