Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə “EMİTT 2011” Beynəlxalq Turizm Sərgisində iştirak edib- FOTO
Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə İstanbulda keçirilən "EMİTT 2011" Beynəlxalq Turizm Sərgisində iştirak edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, sərgi zamanı Nazirliyin lövhəsində Daxili turizm sektorunun müdiri M. Qəhrəmanov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi N. Eminov, Azərbaycan Mahnı və Rəqs Ansamblının nümayəndələri,"Millenium turizm və Konqress", "Granit AS Travel", "Geo Travel", "Didare Melal Travel", "Greenwich" turizm şirkətləri, "Days Hotel", "Avropa Hotel" və "Alp İnn" mehmanxanaları iştirak ediblər.
"Gilan Turizm" turizm şirkəti isə ayrı bir stendlə sərgidə ölkəmizi təmsil edib.
Rəsmi açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Naziri Ə.Gunay və digər rəsmi şəxslər iştirak edib. Sərgidə dünyanın 50-dən çox ölkəsinin rəsmi turizm qurumları, turizm şirkətləri və mehmanxanalar təmsil olunub.
Sərginin açılış mərasiminin sonunda Azərbaycanın milli rəqs nümunələri nümayiş olunub. Rəsmi nümayəndələr və sərgi iştirakçıları böyük maraqla rəqqaslarımızın çıxışını seyr ediblər. Bununla yanaşı, sərgi müddətində hər gün milli rəqslərimizi xüsusi ayrılmış səhnədə nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB