Azərbaycan Milli Kitabxanasında “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı günü” adlı geniş kitab sərgisi açılıb
Avqustun 26-da Azərbaycan Milli Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar olaraq "26 avqust – Beynəlxalq Azərbaycan Muğamı günü" adlı geniş kitab sərgisi açılıb.
SİA Milli Kitabxanaya istinadən bildirir ki, sərgidə Azərbaycan və xarici dillərdə kitab və dövri mətbuat materialları sərgilənir.
Qeyd edək ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB