Mənsum İbrahimovun “Yana-yana kül oldum” albomu hazırdır

Mənsum İbrahimovun “Yana-yana kül oldum” albomu hazırdır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu artıq hazırdır. Bu barədə SİA-ya açıqlamasında xalq artisti özü bildirib.

Onun sözlərinə görə, "Yana-yana kül oldum" adlı albomu 2-3 günə Moskvadan gəlir: "Həmin alboma 10 sevilən mahnı daxil edilib. Albomun dizayn işi artıq hazırdır. Topluda mənim ifamda sevilən 10 mahnı, eləcə də "Qarabağ şikəstəsi" yer alıb. Bütün mahnılar əməkdar artistlər Elnur Əhmədov və Elçin Həşimovun müşayiəti ilə ifa olunub. Biz öz üzərimizə düşən bütün işləri başa çatdırmışıq. İndi albomun dizaynı hazırlanır".

Xanəndə həmçinin vurğulayıb ki, bu, onun Bakıda çıxacaq sayca dördüncü albomudur. Bundan öncə isə Mənsum İbrahimovun xarici ölkələrdə beş albomu işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə