Azərbaycan XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Belarusun paytaxtı Minsk şəhərində keçirilən XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, sərgidə Nazirliyin Aparat rəhbərinin müavini – Kadlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və "Çinar-Çap" nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib.
Sərgidə ölkəmiz üçün ayrılan 10 kv.metrlik stenddə 100 addan artıq 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiyası nümayiş olunub.
22 ölkənin qatıldığı Sərgi-yarmarkanın rəsmi açılış mərasimində Belarusun informasiya naziri Oleq Proleskovski, informasiya nazirinin birinci müavini Liliya Ananiç, müxtəlif vəzifəli şəxslər və xarici ölkələrin səfirləri, o cümlədən Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev iştirak edib. Mərasimdən sonra O.Proleskovski, L.Ananiç, Almaniyanın səfiri, İranın səfiri, Azərbaycanın səfiri və digər rəsmi şəxslər stendimizi ziyarət ediblər.
Tədbir boyu Azərbaycan stedinə təkcə belaruslar və Belarusiyada yaşayan soydaşlarımız deyil, müxtəlif ölkələrindən olan insanlar böyük maraq göstəriblər. Qarabağ hadisələrinə həsr olunan ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsi ilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə edibdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB