Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinə yekun vurulub. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Münsiflər heyətinin ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri müəyyən edilib:
I yer "Balaca ev", müəllif Lalə Abbasova.
II yer "Hər işdə bir xeyir var", müəllif Pərviz Məmmədov və
"Bağa qınını bəyənmədi", müəllif Elçin Musaoğlu.
III yer "Özgəyə quyu qazan, özü düşər", müəllif Vüqar Haqverdiyev və
"Əsil insan", müəllif Ayna Qənbərova.
Müsabiqəsinin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunub:
I yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq;
II yer - hər birinə 500 manat;
III yer - hər birinə 300 manat.
Mükafatlar 18 fevral 2011-ci il tarixdə saat 12.00-da Dövlət Film Fondunda keçirilən Uşaq kino bayramında təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB