"Yerli və xarici turistlərin qatılması bu festivalın davamlı olacağından xəbər verir" - Teoman Tiryaki

"Yerli və xarici turistlərin qatılması bu festivalın davamlı olacağından xəbər verir" - Teoman Tiryaki

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki Gədəbəydə keçirilən Yaylaq Festivalı bu mühitdə olmaqdan məmnunluğunu ifadə edib. SİA-nın məlumatına görə, o, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə