Dövlət Bayrağı Meydanı ərazisində yerləşən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində gənc yazar Xülya Cəfərovanın “Külək- Bozqurdun sirri” kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, mərasim “ASAN Könüllülük” Məktəbi, Azərbaycan Respublikasının Gənclər Fondu, “YARAT” Müasir İncəsənət Məkanı, “Məktəblinin dostu” və “Külək” layihələrinin birgə təşkilatçılığı ilə keçirilib.
“Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov kitabda milli-mənəvi dəyərlərlə yanaşı, türk dünyasının ortaq dəyərləri, şanlı tarixinin təbliğ olunması ilə yanaşı, həmçinin müəllifin oxuculara ötürdüyü birlik, bərabərlik, insan gücünün hüdudsuz imkanları kimi dəyərlərdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB