“Sevindirici hal ondan ibarətdir ki, vətəndaşlarımızın əsas müraciətləri yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətindədir. Məlum olduğu kimi, Quba-Qusar bölgəsi həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlarımızdandır. Ona görə də mədəniyyət müəssisələri qonaqlara təqdim etdikləri mədəni xidmətləri daha da inkişaf etdirirlər". SİA-nın məlumatına görə, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. Nazir əlavə edib ki, burada yerləşən abidələrin bərpası, tarixi irsimizin təbliğ olunması ilə əlaqədar maraqlı təkliflər səsləndirildi: "Ölkəmizin digər yerlərində olduğu kimi, Quba rayonunda da bir sıra tarixi abidələr bərpa olunub. Bu proses bundan sonra da davam etdiriləcək. Bütün müraciətlər nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB