Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsinə kitab yazılıb. SİA-nın məlumatına görə, Sənan Axundovun xatirəsinə həsr edilən “Təki vətən yaşasın” adlı mənzum pyes və “Müqəddəs şəhid” miniatür kitabının müəllifi şair, publisist Zəminə Xınalıdır.
Qeyde dək ki, şəhid Sənan Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. Bakı şəhər 144 nömrəli tam orta məktəbi bitirib. Bakı Ali Hərbi Məktəbi (2001), Almaniyada Hərbi Akademiyanı (alman dilində 2005), Bakı Dövlət Universitetinin hüquq fakültəsini (2009) bitirib. Müdafiə Nazirliyi sistemində əmək fəaliyyətinə başlayıb və nazirlikdə sektor müdiri vəzifəsinədək yüksəlib. Aprel hadisələrində böyük həvəs və ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə gedib və Lələtəpədə vəzifə səlahiyyətlərinin icrası zamanı zabit yoldaşlarını ölümün pəncəsindən xilas edərkən qəhrəmancasına həlak olub.Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundovun fədakar əməyi orden, medal və fəxri fərmanlara layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəminə Xınalını uzun illərdir hərbi-vətənpərvərlik mövzusunda yazdığı şeirlər, poemalar, bədii-publisistik yazıları ilə ədəbi-ictimaiyyət içərisində seçilir. Hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərinə görə “Qızıl qələm”, “Məmməd Araz”, “Mübariz qadın”, “Vətən”, “İnam-Şərəf” və s. diplomlarla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB