"“Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu" - Emin Ağalarov
"Builki “Jara” festivalının hazırlıq işlərinə də həmişəki kimi təxminən bir il vaxt sərf olundu. Builki festival çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı ilə “Jara-2018”haqqında çəkilmiş filmə baxış olacaq", SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov bildirib. O, bildirib ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək: " İyulun 26-da ötən il çəkilmiş “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.
Qeyd edək ki, “Jara-2019” festivalında festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Buzova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filipp Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert də iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB