Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Afaq Abbasova İtaliyada keçiriləcək Beynəlxalq “Tagliacozzo” Festivalında çıxış etmək üçün dəvət alıb. SİA-nın məlumatına görə, Afaq Abbasova avqustun 1-də 35-ci dəfə keçiriləcək bu mötəbər tədbirin açılış mərasimində çıxış edəcək.O, İtaliyanın tanınmış vokalçıları ilə eyni səhnəni bölüşəcək.
Qeyd edək ki, son illərdə İtaliyanın Azərbaycandakı Səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində çox maraqlı layihələr gerçəkləşdirilir. İtaliyadan dəvət olunmuş dirijor və vokalçılar Opera və Balet Teatrının səhnəsində çıxış edir, teatrda italiyalı sənətkarlar və vokal ustalarının yaradıcılığını əks etdirən sərgilər təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB