Fevralın 18-də saat 12.00-da Azərbaycan Dövlət Film Fondunda "Uşaq bayramı" keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. ]
Tədbir uşaq evləri, qaçqın məktəbləri, Bakının ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunur. Uşaqları musiqili əyləncə proqramı, "İt sərgisi", "Tırtıl", "Cəsur təyyarə" cizgi filmlərinin təqdimatı, onların yaradıcıları ilə görüş və maraqlı hədiyyələr gözləyir.
Qeyd edək ki, bayram Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə