Gənc Tamaşaçılar Teatrının kollektivi 32-ci Beynəlxalq “Fəcr ongünlüyü” Teatr festivalından qayıdıblar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi keçirilən 32-ci Beynəlxalq "Fəcr ongünlüyü" Teatr Festivalında iştirak edib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam inqilabının 32-ci ildönümünə həsr olunub. "Dramatik İncəsənət Mərkəzi"nin dəvəti ilə İrana yola düşən kollektiv fevralın 5-də İran İslam Respublikasının Gülüstan vilayətinin Kurqan, fevralın 6-da isə Qumbat Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin "Otello" tamaşası ilə çıxış edib.
Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi kollektivə əməkdar artistlər- Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, akytorlar- Şəbnəm Hüseynova, İradə Rəşidova, Günel Məmmədova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov daxildir.
Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Aktyorlar uğurlu ifalarına görə, diplomlarla təltif olunublar.
Qeyd edək ki, bir ay ərzində davam edən festivalın ilk on günü teatra, qalan günləri incəsənətin digər sahələrinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə