"Keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi “YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmirasnanov deyib.
Onun sözlərinə görə, ötən il nəşr olunan “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitab da nəşr olunub: "Kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESKO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib.
Kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB