"Biz çox bəxtəvər xalqıq ki, Ulu Öndər kimi xilaskarımız olub" - ÖZƏL
"Biz çox şanslı, bəxtəvər xalqıq ki, Ulu Öndər kimi xilaskarımız olub. O, bütün sahələri diqqətində saxlayan dahi lider idi. Özünün musiqiyə böyük sevgisi var idi. Teatr xadimləri, musiqiçilər Heydər Əliyevlə bağlı gözəl xatirələrini həmişə dilə gətirirlər". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Xalq artzist, "Şöhrət" ordenli sevilən sənətkar Mənsum İbrahimov deyib.
Xalq artisti əlavə edib ki, bu gün həmin qayğı yenə də davam edir: "Ulu Öndər imkan düşdükcə tamaşalarımıza baxmağa gələr, sənət adamları ilə görüşüb onların sosial vəziyyəti ilə maraqlanar, həll olunmasına nail olardı. Dəfələrlə olub ki, şairlərin, yazıçıların, sənətkarların evinə zəng edib, ad günlərini təbrik edib. Problemlərinin həll olunması ilə şəxsən maraqlanardı. Bu gün ölkə başçımız İlham Əliyev də o ənənəni layiqincə davam etdirir. Son görüşümüz deyərdim ki, cəmiyyətdə çox böyük rezonans doğurdu. Cəmiyyətdə nüfuzu olan mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüşdə onları narahat edən problemləri öz dillərindən eşitdi. Prezidentimiz İlham Əliyevlə keçirilən görüşlər onun mədəniyyət xadimlərinə, incəsənətə olan doğma münasibətindən irəli gəlir. Bu görüşlər olduqca vacib və çox səmimi olur. Hər zaman Ulu Öndər ideyalarını layiqincə yaşadan ölkə başçımız mədəniyyət və incəsənət xadimlərini diqqətdən kənarda qoymayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB