"50 il əvvəl əsası qoyulmuş mədəniyyət strategiyası bu gün öz bəhrəsini verir" - Ramil Qasımov

"50 il əvvəl əsası qoyulmuş mədəniyyət strategiyası bu gün öz bəhrəsini verir" - Ramil Qasımov

"Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşaraq, milli dövlətçilik dəyərlərinin mədəniyyətdən asılı olmasını qeyd edirdi. Sağlam cəmiyyət quruculuğuna diqqətin artırılması, köklü mənəvi dəyərlərin yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılanması xalqın uğurlarının yeganə təminatıdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamış, teatrın, kino sənətinin, heykəltəraşlığın və rəssamlığın, xalça sənətinin bugünkü inkişafına xüsusi töhfələr vermişdir". SİA-nın məlumatına görə, bu ikirləri Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov deyib.

O, əlavə edib ki, hələ sovet hakimiyyəti illərində S.Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi yazıçılara, Q.Qarayev, Niyazi, F.Əmirov, T.Salahov, M.Hüseynov kimi bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan “Sosialist Əməyi Qəhrəmanı” adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Sovet dönəmində Ulu Öndər qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdi. Onun təşəbbüsü və rəhbərliyi ilə 70-80-ci illərdə Nizaminin 840, Nəsiminin 600, M.F.Axundzadənin 170, H.Cavidin 100 illik yubileyləri keçirilib: "O vaxt Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirərək, kinoteatr binalarının, muzeylərin inşa olunmasına nail oldu. Mədəniyyətin kadr potensialının gücləndirilməsi məqsədilə SSRİ-nin ən nüfuzlu incəsənət yönümlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alaraq Bakıya qayıdırdılar. Vaxtilə Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Bu kadrların hazırlanmasında maraqlı olan Heydər Əliyev gələcəyi öncədən görərək müstəqil Azərbaycan üçün onların gərəkli mütəxəssis olacağını bilirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə