“Mədəniyyət” qəzetinin “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışı çapdan çıxıb. SİA-nın məlumatına görə, “İmadəddin Nəsimi 650” xüsusi buraxılışı dahi şairin yubileyinə həsr olunub.
Buraxılış “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha oxuculara təqdim edir.
Qeyd edək ki, nəfis tərtibatlı, rəngli nəşr 48 səhifədən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB