“Dağıdılan tarixi abidə ilə bağlı araşdırma aparılır” - NAZİRLİK
Ağstafa rayonunda tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, ərazisinin dağıdılması ilə bağlı aparılan araşdırmalardan sonra müvafiq addımlar atılacaq. Bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, Ağstafada səkkiz min il tarixi olan, arxeoloji qazıntı sahəsi dağıdılıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları rayon ərazisində tapılan qədim yaşayış məskənində 2012-ci ildən qazıntı işləri aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB