UNESCO-nun 44-cü sessiyası Çində keçiriləcək

UNESCO-nun 44-cü sessiyası Çində keçiriləcək

Xəbər verdiyimiz kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. SİA-nın məlumatına görə, sessiyanın növbəti iclasında Ümumdünya İrs Komitəsinin cari və növbəti iki il üçün büdcə məsələləri müzakirə olunub.

Maliyyə və inzibati məsələlərin müzakirəsi zamanı 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. Daha sonra Dünya İrs Komitəsinin 2020-ci ildə Çinin Fuçjou şəhərində keçiriləcək 44-cü sessiyasının ilkin gündəliyi təsdiqlənib. Sədr, müavinlər və məruzəçi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə