"Şəkini bütün dünya tanımalıdır" - ÖZƏL

"Şəkini bütün dünya tanımalıdır" - ÖZƏL

"Mən bu qərarın verilməsinə çox sevindim. Şəkini bütün dünya tanımalı, insanlar Azərbaycan mədəniyyətini, tarixini daha yaxşı bilməlidirlər. Şəki Xan Sarayının UNÜSCO-nun Dünya İrs Siyahısına salınması ölkəmiz üçün xeyir gətirəcək. Bu münasibətlə mən də öz xalqımızı təbrik edirəm". SİA-nın məlumatına görə, bu fikriləri tanınmış pianist, Əməkdar artist İslam Manafzadə deyib.

Maestro bildirib ki, Şəki Xan Sarayının Azərbaycan mədəniyyətində öznəməxsus yeri var: " Şəkidə gözəl yerlər, körpülər, kilsə və maraqlı məkanlar var. Bu məkanlar bizim tariximizi, mədəniyyətimizi təcəssüm etdirir. Bir musiqiçi kimi, belə gözəl xəbəri eşitmək olduqca xoşdur. Arzu edirəm ki, bu qərardan sonra Şəkidə gözəl konsertlərlə çıxış edək. Qoy əcnəbilər görsünlər ki, Azərbaycan qədim sivilizasiyanın beşiyi, mədəni və qədim insanın məskən saldığı müqəddəs məkandır".

Bütün xəbərlər Facebook səhifəmizdə