Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Böyük Teatrının səhnəsində oynanılacaq

Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Böyük Teatrının səhnəsində oynanılacaq

Fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Moskvadakı Böyük Teatrın səhnəsində çıxış edəcək.

SİA-nın xəbərinə görə, balet ustalarımız Moskvada dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletini göstərəcək. Bu, son on ildə Azərbaycan balet ustalarının Böyük Teatrın səhnəsində dördüncü çıxışıdır.

"Yeddi gözəl" baletinin quruluşçu baletmeysteri Vasili Medvedyev, musiqi rəhbəri və dirijoru İstanbul Opera və Balet Teatrında çalışan həmyerlimiz Elşad Bağırov, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur.

Böyük Teatrın səhnəsində Bəhram şah rolunu teatrının aparıcı solisti Mixail Lobuxin oynayacaq. Gözəllər gözəli rolunda isə Azərbaycanın Əməkdar Artisti Kamilla Hüseynova çıxış edəcək.

Tamaşanı Elşad Bağırov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə