Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması münasibəti ilə Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə,nazir bildirib ki, qəbuletmə prosesi asan başa gəlməyib: "Bu proses 6 ildir davam edirdi. Azərbaycandan olan ekspertlər bu faylı hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara təqdim etmişdi. Lakin onların analizi illər qabaq müsbət deyildi. Azərbaycanın göstərdiyi dəlillər və cənab Prezidentin verdiyi Sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Onu da qeyd etməliyəm ki, Azərbaycanla UNESCO əlaqələrinin inkişafında birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidməti var. Bu günkü qərar münasibəti ilə ölkə rəhbərimizi və xalqımızı təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB