İkinci Mahmud doğulduğu kənddə dəfn olundu

İkinci Mahmud doğulduğu kənddə dəfn olundu

Ötən gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) dəfn olunub. SİA-nın verdiyi məlumata görə, onun cənazəsi doğulduğu Ağstafa rayonunun Muğanlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində yazıçılar, mərhumun dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da səhər saatlarında Bakıda, yaşadığı evdə ürəktutmasından vəfat edib.

Allah rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə