Şəki Xan Sarayı UNESCO-nun İRS Siyahısına salındı- FOTOLAR

Şəki Xan Sarayı UNESCO-nun İRS Siyahısına salındı- FOTOLAR

Bu gün Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilən növbəti iclasında Şəkidəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı fayla baxılıb.

"SİA-nın məlumatına görə, ICOM-un hesabatı dinlənildikdən sonra müzakirələrə başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya müzakirə olunmuşdu. Bu dəfə nominasiya qəbul olundu, beləliklə, Şəki Xan Sarayı UNESCO-nun Dünya İrs Siyahısına salındı.

Bütün xəbərlər Facebook səhifəmizdə