Çin nümayəndəsi: “Yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarıq”
"Qədim Çin sivilizasiyasını özündə əks etdirən və 5 min yaşı olan Lyançju mədəni irs nümunəsinin, həmçinin Sarı dənizin sahilindəki Bohai boğazında miqrasiya edən köçəri quşların təbii sahəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması bizi çox sevindirdi. Bu, bizim üçün böyük uğurdur. Lyançju şəhər kompleksi zəngin mədəni irsə malikdir".SİA-nın məlumatına görə, bu fikirləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Çinin nümayəndəsi Çian deyib.
Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, ölkəmizin zəngin mədəni irs nümunələrinə malik olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB