“Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Mən və bir çox həmkarım Prezidentimizin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşuq. Böyük qürur hissi keçirirəm. Çünki, mən həyatım boyu, daim Ulu Öndər və İlham Əliyevin diqqətində olmuşam”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, MOK-un baş katibi Ağacan Abiyev deyib.
Millət vəkili əlavə edib ki, bu medal ömrünü, fəaliyyətini Azərbaycanın müstəqilliyi,elmi, idmanı, təhsili və bütövlükdə inkişafı üçün sərf edənlərə verilib. Ağacan Abiyev bildirib ki, ən gözəl hədiyyə Prezident İlham Əliyevin diqqəti və imzası ilə aldığı diplomlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB