Nümayəndələr xalqımızın qonaqpərvərliyindən danışıb - ÖZƏL- SORĞU

Nümayəndələr xalqımızın qonaqpərvərliyindən danışıb - ÖZƏL- SORĞU

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünyada mədəni irsin qorunub saxlanılması baxımından mühüm platformadır. Sessiyanın açılış mərasimində ölkənizin Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı dövlətinizin mədəni və maddi irsə verdiyi dəyərin bariz nümunəsidir”. SİA-nın məlumatına görə, bu fikirləri sessiyada iştirak edən sessiyanın ABŞ nümayəndəsi Artun Çen söyləyib.

O,deyib ki, bu tədbir iştirakçı dövlətlərin yeni maddi və qeyri-maddi mədəni irs abidələrinin UNESKO-nun siyahısına salınması üçün səmərəli müzakirələr aparmaq və bu istiqamətdə mühüm qərarlar vermək baxımdan önəmlidir. Qonaq xalqımızın qonaqpərvərliyi və mehribanlığını da xüsusi qeyd edib.

“Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi böyükdür. UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyası kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi də Azərbaycan dövlətinin tarixi və mədəniyyət abidələrinin qorunmasına xüsusi diqqətinin göstəricisidir”. SİA-nın məlumatına görə, bu fikirləri Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndəsi, Bakıda keçirilən 43-cü sessiyanın iştirakçısı Laura Robinson söyləyib.

Laura Robinson bildirib ki, Bakı sessiyası yüksək səviyyədə təşkil olunub: “Hər şey mənim gözlədiyimdən də yaxşıdır. Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etmək üçün böyük təcrübəsi var. Bunu 43-cü sessiyanın açılış mərasimində də aydın görmək olurdu”.

“Bakıda keçirilən bu Forumu yüksək qiymətləndirirəm. Forumda müzakirələrdə tarixi abidələrin qorunması və bir sıra mühüm məsələlər müzakirə olunur. Azərbaycanda çox dəyərli, mədəni abidələr var. Bakıda ilk dəfədir oluram və deyə bilərəm ki, ölkənizdən çox şey öyrəndim. Bu təcrübə hər bir mütəxəssisə gərəklidir”. SİA-nın məlumatına görə, bu fikirləri Forum iştirakçısı İram Milon deyib.

O, bildirib ki, burada bir çox abidələri ziyatət edib və Bakının gözəlliyinə vurulub. Qonağ əlavə edib ki, Bakı həm qədim, həm müasir və həm də unudulmaz şəhərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə