Dünya İrs Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb
Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini nominasiyaların təqdimatı ilə davam etdirir. SİA-nın məlumatına görə, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb. O, əlavə edib ki, bu gün də yeni nominasiyalar sıyahıya daxil ediləcək.
Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi. Bəhreyndə qədim Dilmun mədəniyyəti insanların məskunlaşdığı ərazi olmuşdur.
Avstraliya, Çin, Küveyt və İspaniya nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndirib və Bəhreynin Dilmun kurqanları UNESKO-nun Dünya İrs Siyahısına salınıb.
Beləliklə, UNESKO-nun Dünya İrs Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB