Amsterdam “Eurovision”nu keçirməkdən imtina edib

Amsterdam “Eurovision”nu keçirməkdən imtina edib

Amsterdam "Eurovision 2020" mahnı müsabiqəsini keçirməkdən imtina edib. SİA-nın TASS-a istinadən məlumatına görə, bu barədə Niderland paytaxtının meri Femke Halseman məlumat verib.

Bildirilir ki, yarışmanın keçirilməsi üçün nəzərdə tutulan "Ziggo Dome" zalı həmin tarixlərdə doludur. Burada keçirilən tədbirləri isə ləğv etmək qeyri-mümkündür. Amsterdamda isə müsabiqənin baş tutması üçün böyük zallar fəaliyyət göstərmir.

Qeyd edək ki, rəsmi Niderlandın yarışma barədə qəti qərarı avqustda söyləniləcək. Onu da bildirək ki, bu il müsabiqədə Niderlandı Dunkan Laurens "Arcade" mahnısı ilə təmil edib və qalib olub. Mahnı qaydalara zidd olaraq, əvvəlcədən ifa edilmiş bəstə olsa da, Avropa Yayım İttifaqı nəticə ilə bağlı heç bir dəyişikliyə getməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə