“Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayıracağıq”

“Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayıracağıq”

“Babil 2020-ci ildə normal vəziyyətə qayıdacaq. Bu, bizi çox sevindirir”. SİA-nın məlumatına görə, bu fikri İraqın Mədəniyyət naziri Abdul Amir əl-Həmədani söyləyib.
Babil şəhərinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasından məmnunluğunu bildirən İraqın Mədəniyyət naziri bunu ölkəsinin mədəni irsinə olan diqqət kimi dəyərləndirib: “ İraq İŞİD üzərində qələbə qazandıqdan sonra bu ərazilərə tam nəzarəti həyata keçirir. Turistlərin buraya cəlb edilməsi üçün ərazidə bərpa işləri aparılacaq. Biz UNESKO-nun Dünya İrs Mərkəzinə söz verdiyimiz kimi, Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayıracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə