Romualdo Del Blanko Fondunun baş katibi ATMU-da olub

Romualdo Del Blanko Fondunun baş katibi ATMU-da olub

Azərbaycan Turizm və Menecment Universitetində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Blanko Fondunun baş katibi Simone Giometti ilə görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov qonağa universitetin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və gələcək planlar haqqında ətraflı məlumat verib. Geniş fikir mübadiləsi şəraitində davam edən görüşdə mümkün əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi müzakirə edilib. Beynəlxalq təşkilatın müvafiq tədbirlərindən birinin ATMU-da təşkil edilməsi qərara alınıb.

Qeyd etmək lazımdır ki, ATMU 2015-ci ildən Romualdo Del Blanko Fondu ilə əməkdaşlıq edir. İndiyədək ATMU nümayəndələri təşkilatın müxtəlif tədbirlərində fəal iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə