Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası paralel iclaslarla işini davam etdirir. SİA-nın məlumatına görə, panellərin bir çoxu UNESKO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyətinə həsr edilir.
Məlumat üçün bildirək ki, komitəyə 21 ölkə daxildir. Hər il komitəyə bir dövlət rəhbərlik edir. İldə bir dəfə toplantı keçirilir. Komitənin nizamlı olaraq yenilənən siyahısına 134 ölkəyə aid 800-ə yaxın abidə daxildir. Çıxışlarda bu abidələrin qorunma vəziyyəti müzakirə olunur.
Hazırda Ümumdünya İrs Komitəsinin Çağrı mərkəzləri və iki elektron postu fəaliyyət göstərir. Quruma daxil olan hər bir sorğu ətraflı cavablandırılır. Məqsəd tərəfləri görüşlərə cəlb etməkdir.
Son iclasda qurumun son illər müxtəlif ölkələrdə reallaşdırdığı layihələr və gələcək planları barədə məlumat verilib.
Növbəti iclasda dini tarixi memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər öz ölkələrində dini-tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, bu abidələr tarixiliklə yanaşı, həmin ölkənin dini inanclarını da ifadə edir. Bu baxımdan bu abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB