Panel iclaslar maraqlı müzakirələrlə yadda qalır - ÖZƏL-FOTOLAR
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində panel iclaslar maraqlı müzakirələrlə yadda qalır. SİA-nın məlumatına görə, Ümumdünya İrs Siyahısında yer alan Qədim And sivilizasiyası dövrünə aid antik yol sistemi olan Qapaq Nan və ya Əsas And Yolu Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador və Perunun ümumbəşəri dəyərə malik ortaq tarixi mədəni irsi hesab edilir.
Bu irs nümunəsinin qorunması və idarə olunması istiqamətində altı iştirakçı dövlət birgə ciddi iş aparır.
Paneldə UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez 2014-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilən bu mədəni irs barədə məlumat verib. O, bildirilib ki, bu yol bir vaxtlar Cənubi Amerikada nəqliyyat, ticarət və müdafiə xarakteri daşıyıb: “Bu layihə mədəni irs nümunələrinin mühafizəsi üçün beynəlxalq əməkdaşlığın aparılması baxımından ən yaxşı nümunədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB