“1092 təhlükəli abidənin əksəriyyəti Afrikanın payına düşür” - Münasibət

“1092 təhlükəli abidənin əksəriyyəti Afrikanın payına düşür” - Münasibət

“Azərbaycan beynəlxalq səviyyədə dünya irsinin qorunmasına mühüm dəstək verir. Təşkilatçılıq və diqqət yüksək səviyyədədir”. SİA-nın məlumatına görə, bu fikirləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Afrika Dünya İrsi Fondunun icraçı direktoru Souayibo Varissou deyib.

Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının yüksək səviyyədə təşkil olunduğunu söyləyən qonaq bildirib ki, bu, digər ölkələr üçün də örnəkdir: “Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının möhtəşəm açılış mərasimi və incəsənət ustalarının ifasındakı musiqili kompozisiya ölkənizin necə zəngin və valehedici mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirdi”.

Dünyada təhlükədə olan 1092 maddi mədəni irs abidələrinin böyük əksəriyyətinin Afrikanın payına düşdüyünü deyən qonaq qeyd edib ki, bunların arasında dünya əhəmiyyətli tarixi memarlıq abidələri var: “Bu abidələrin yaxşı mühafizə edilməməsinin səbəbi isə lazımi infrastrukturun olmamasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə