“Bu dəfə Bakıya gələndə gözlərimə inana bilmədim” - MÜSAHİBƏ

“Bu dəfə Bakıya gələndə gözlərimə inana bilmədim” - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. Sessiyada Dünya İrs Komitəsinə aid bir sıra məsələlər, o cümlədən konvensiyadakı maddələr müzakirə olunur. Sessiya, eləcə də Bakı barədə əcnəbi qonaqlar maraqlı münasibətlər bildirirlər. SİA oxuculara ukraynalı millət vəkili Mariya Soloviovanın müsahibəsini təqdim edir:

- Mariya xanım, UNESCO-nun Bakı sessiyası ilə bağlı nə deyərdiz?

- Sessiya olduqca yüksək səviyyədə keçirilir. Bir neçə gündür ki, Bakıdayam və olduqca gözək hisslər içindəyəm. Yaxşı ki, Bakıya yenidən gəldim..

- Sonuncu dəfə Azərbaycana nə zaman səfər etmisiniz?

- Mən hələ Sovetlər Birliyi dönəmində Bakıya gəlmişdim. Aradan uzun illər ötüb. Bu dəfə Bakıya gələndə gözlərimə inana bilmədim. Bakı çox dəyişib, hədsiz gözəl şəhərə çevrilib. Bu illər ərzində bu qədər inkişaf etməyiniz məni çox sevindirdi. Mən ölkənizi, insanlarınızı sevirəm.

- Yəqin ki, bu günlər ərzində şəhərimizi gəzmək, Azərbaycanın ləziz mətbəxindən dadmaq imkanlnız olub..

- Sizi inandırım ki, Azərbaycan mətbəxi sözün əsl mənasında mükəmməldir. Yeməkləruniz çox dadlıdır. “İçəri şəhər” olduqca gözəldir. Mən Bakıda özümü evimdəki kimi hiss edirəm. Bu şəhərə, ləziz təamlara, insanların gülər üzünə heyranam. Ümid edirəm yenə gəlmək imkanı olacaq və böyük məmnuniyyətlə yenə bu gözəl şəhəri ziyarət edəcəyəm. Fürsətdən istifadə edib ölkə rəhbərliyinizə bu diqqət və təşkilatçılıq üçün təşəkkür edirəm.

- Səmimi müsahibə üçün təşəkkür edirik.

- Diqqətiniz üçün mən təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə