Qonaqlar UNESCO-nun Bakı sessiyasına münasibət bildiriblər - SORĞU- ÖZƏL

Qonaqlar UNESCO-nun Bakı sessiyasına münasibət bildiriblər - SORĞU- ÖZƏL

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. SİA-nın məlumatına görə, sessiyada 2500-ə yaxın iştirakçı və rəsmi qonaqlar ştirak edir. Oxuculara SİA-nın əcnəbi iştirakçılar arasında apardığı sorğunu təqdim edirik:

“Ümumdünya İrs Komitəsinin Bakı sessiyası maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün müzakirələr aparmaq baxımından çox əhəmiyyətlidir. Bakıda olduğum müddətdə ölkənizin zəngin tarixi və mədəni irsə malik olduğunu və bu irsin qorunub saxlanılmasına xüsusi diqqət və qayğının olduğunun şahidi oldum”. Bu fikirləri jurnalistlərə açıqlamasında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Efiopiyanın təşkilatdakı daimi nümayəndəliyinin rəhbəri Henok Teferra Şaul səsləndirib.

“UNESCO-nun 43-cü sessiyası Bakıda olduqca gözəl və yüksək səviyyədə keçirilir. Burada tarixi abidələrin qorunması müzakirə olunur və biz maraqlı məlumatlar əldə edirik. Azərbaycanda çox sayda qədim abidələr var. Bakıda ilk dəfədir oluram və burada yüksək təşkilatçılıq, mədəniyyət və qonaqpərvərliyin şahidiyəm”. Bunu sessiya iştirakçısı Daniel Aquino deyib.

O, əlavə edib ki, buradakı müasir şəraitə valeh olub. Qonaq Azərbaycan mətbəxinin mükəmməl dadını da xüsusi vurğulayıb.

“Mən Bakıda olmaqdan çox məmnunam. Burada çox yüksək səviyyədə Forum keçirilir. Tarixiniz, mədəniyyətiniz təkrarsız və qədimdir”. Bu fikirləri Forumun əcnəbi iştirakçısı Marta Qurindliand bildirib.

Qonaq əlavə edib ki, ölkənizdə insanlar olduqca mehriban və qonaqpərvərdirlər: “Bir neçə tarixi abidəni seyr etdim və olduca bəyəndim. Azərbaycan çox gözəldir. Dadlı yeməkləri isə demək olar ki, heç yerdə dadmamışdım”.

Sessiya ilə bağlı Sabina Bakyone də fikirlərini bildirib.O, qeyd edib ki, Forumda iştirak edən ölkələrin təmsilçiləri çıxışlarında konvensiya bəndlərində təklif edilən dəyişikliklərlə bağlı çıxışlar edir, öz fikirlərini irəli sürürlər: “Hesabata iştirak etdim, Azərbaycanın təklif etdiyi "Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında effektiv və konstruktiv dialoqun qurulması" bəndi müzakirə edilərək, bəzi dəyişikliklərlə qəbul olundu. Ölkənizə daim uğurlar diləyirəm. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün şərait var".

Bütün xəbərlər Facebook səhifəmizdə