“Təşkilatçılığa heyran qalmışam” - ÖZƏL

“Təşkilatçılığa heyran qalmışam” - ÖZƏL

“Çox şadam ki, UNESCO-nun bu möhtəşəm sessiyasında Ukraynanı təmsil edirik. Mən Bakıda olmaqdan çox şadam. Bir neçə gündür ki, sessiyada iştirak edirəm və təşkilatçılığa, sessiyanın gedişatına heyran qalmışam”. SİA-nın məlumatına görə, bu fikirləri sessiya iştirakçısı, ukraynalı təmsilçi Aleksandr Niyokaryov deyib.

O, əlavə edib ki, Bakının bu qədər gözəl olduğunu bilmirdim: “Xoşdur ki, qədim abidələrinizi gözlərimizlə gördük. Sessiya bitdikdən sonra hər axşam Bakını gəzməyə çıxırıq. Həm müasir, həm də qədim şəhərdə zamanımız gözəl keçir. İnsanların xoş münasibətin isə çox ürəyimcədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə