“Mən Bakıda olmaqdan çox məmnunam. Burada çox yüksək səviyyədə Forum keçirilir. Tarixiniz, mədəniyyətiniz təkrarsız və qədimdir”. SİA-nın məlumatına görə, bu fikirləri Forumun əcnəbi iştirakçısı Marta Qurindliand bildirib.
Qonaq əlavə edib ki, ölkənizdə insanlar olduqca mehriban və qonaqpərvərdirlər: “Bir neçə tarixi abidəni seyr etdim və olduca bəyəndim. Azərbaycan çox gözəldir. Dadlı yeməkləri isə demək olar ki, heç yerdə dadmamışdım”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB