“Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün şərait var” - ÖZƏL
Xəbər verdiyimiz kimi, Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. Sessiyada Dünya İrs Komitəsinə aid bir sıra məsələlər, o cümlədən konvensiyadakı maddələr müzakirə olunur. SİA-nın məlumatına görə, sessiya ilə bağlı Sabina Bakyone də fikirlərini bildirib.
O, qeyd edib ki, Forumda iştirak edən ölkələrin təmsilçiləri çıxışlarında konvensiya bəndlərində təklif edilən dəyişikliklərlə bağlı çıxışlar edir, öz fikirlərini irəli sürürlər: “Hesabata iştirak etdim, Azərbaycanın təklif etdiyi "Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında effektiv və konstruktiv dialoqun qurulması" bəndi müzakirə edilərək, bəzi dəyişikliklərlə qəbul olundu. Ölkənizə daim uğurlar diləyirəm. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün şərait var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB